Millət vəkili Qənirə Paşayeva Türkiyədə "31 Mart 1918 Azərbaycan Soyqırımı" anma tədbirində iştirak edəcək. SİA-nın məlumatına görə, anma tədbiri Türk Ocaqları İstanbul şöbəsi tərəfindən təşkil edilir. Anma tədbirində millət vəkili Qənirə Paşayeva 31 mart 1918-ci ildə erməni-daşnak qüvvələri tərəfindən dinc azərbaycanlılara qarşı törədilən soyqırımı və müasir dünyada Ermənistan dövlətinin dinc azərbaycanlılara qarşı soyqırımı siyasətini davam etdirməsilə bağlı geniş məruzə ilə çıxış edəcək. Anma tədbirində Türkiyə Böyük Millət Məclisinin üzvləri, alimlər iştirak edəcəklər.
Qeyd edək ki, anma tədbiri çərçivəsində millət vəkili Qənirə Paşayevanın, Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB və millət vəkili Elxan Süleymanovun rəhbərlik etdiyi Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) hazırladığı "Azərbaycan həqiqətləri" adlı filmlər toplusu, "Hocalı Soykırımı: tanıkların dili ile", "Qaradağlı Soyqırımı şahidlərin dili ilə" kitabları, "Hocalı Soykırımı" və "Ruhum Qarabağlıdır" filmləri də təqdim olunacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB