Azərbaycanlıların soyqırımı- ermənilərin bəşəriyyətə qarşı cinayətidir
Gəncə şəhər İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası Gəncə şəhər Təşkilatı "Azərbaycanlıların soyqırımı – ermənilərin bəşəriyyətə qarşı cinayyətdir" mövzusunda dəyirmi masa keçirib. YAP Gəncə şəhər Təşkilatından SİA-ya verilən xəbər görə, dəyirmi masada İdarə Heyəti və Şura üzvləri, Ağsaqallar Şurasının üzvləri, partiya fəalları, QHT-lərin nümayəndələri, ermənilərin məkrli siyasəti nəticəsində öz torpaqlarından deportasiya olunanların nümayəndələri iştirak ediblər. Tədbirdən əvvəl Gəncə şəhər 5 saylı tam orta məktəbin şagirdlərinin hazırladığı ədəbi- bədii kompozisiya göstərilib. Şagirdlərin təqdimatında soyqırımın tarixi etnoqrafiyasını və dəhşətlərini əks etdirən foto-plakatlar, xüsusən Zeynəb İsmayılzadənin ifasında səslənən "Ana fəryadı" tədbir iştirakçılarını təsirləndirib.
Dəyirmi masanı giriş sözu ilə Yeni Azərbaycan Partiyası Gəncə şəhər Təşkilatının sədri İsrafil İsmayılov açıb və soyqırım qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Şəhər Təşkilatının sədri "31 Mart-Azərbaycanlıların soyqırımına dünya miqyasında siyasi-hüquqi qiymət verilməsində Ulu öndər Heydər Əliyevin rolu" mövzusunda məruzə edərək bildirib ki, hər il mart ayının 31-i Azərbaycanda dövlət səviyyəsində azərbaycanlıların soyqırımı günü kimi qeyd edilir. Bu təqvim son yüz ildə Azərbaycan tarixində baş vermiş faciəli hadisələrin xalqın yaddaşındakı qanlı izlərini özündə əks etdirir. 1918-ci il martın 30-31-də Bakı Kommunası və erməni daşnaкları Azərbaycanda kütləvi qırğınlar, qətliamlar törətməklə azərbaycanlılara qarşı bəşər tarixində misli görünməmiş soyqırıma imza atıblar. Onun sözlərinə görə, XX əsrin sonunda Azərbaycanın dövlət müstəqilliyinin bərpasından, xalqımızın öz taleyinin, torpaqlarının və milli sərvətlərinin sahibinə çevrilməsindən, xüsusilə də ümummilli lider Heydər Əliyevin bu həlledici tarixi mərhələdə yenidən hakimiyyətə gəlişindən sonra azərbaycanlılara qarşı törədilmiş cinayətlərin üstünü açmaqla, azərbaycanlıların soyqrımına siyasi və hüquqi qiymət verdi. Çar Rusiyasının və sovet dövlət orqanlarının soyqırımı hadisələrini təsdiqləyən arxiv sənədlərinə əsasən ulu öndər Heydər Əliyev tərəfindən son dərəcə çox mühüm sənədlər imzalandı. Dahi şəxsiyyətin azərbaycanlıların dədə-baba yurdlarından kütləvi deportasiyası və 1998-ci il martın 26-da "Azərbaycanlıların soyqırımı haqqında" verdiyi sərəncamlar həm hüquqi, həm də siyasi cəhətdən azərbaycanlılara qarşı törədilən cinayətlərin aşkara cıxarılması və onların beynəlxalq hüquq baxımından mühakimə olunması üçün zəmin yaradıb: "Ümummilli lider Heydər Əliyevin imzaladığı həmin sənədlər bir neçə mühüm vəzifəni həll etmək üçün çox böyük əhəmiyyətə malikdir. Birincisi, bu, tariximizə düzgün və obyektiv qiymət verilməsi baxımından böyük əhəmiyyət kəsb edir. İkincisi, azərbaycanlıların soyqırımı məsələsini dünya siyasəti səviyyəsinə çıxarır və bütün mütərəqqi insanları və dünya ictimaiyyətini əsl həqiqətlərlə tanış edir, dünya azərbaycanlılarının bu məsələ ilə bağlı mövqe və baxışlarını konkretləşdirir. Üçüncüsü, ermənilərin qondarma "erməni soyqırımı" məsələsi üzərində qurulmuş təbliğatının saxtakarlığını ifşa edir. Fərmanda deyilir ki, "Azərbaycan Respublikası müstəqillik qazandıqdan sonra xalqımızın tarixi keçmişinin obyektiv mənzərəsini yaratmaq imkanı əldə edilmişdir. Uzun illər gizli saxlanılan, üzərinə qadağa qoyulmuş həqiqətlər açılır, təhrif olunmuş hadisələr özünün əsl qiymətini alır. Azərbaycan xalqına qarşı dəfələrlə törədilmiş və uzun illərdən bəri öz siyasi-hüquqi qiymətini almamış soyqırımı da tarixin açılmamış səhifələrindən biridir"".
Sədr qeyd edib ki, zəmanəmizin Ən Böyük Azərbaycanlısı Heydər Əliyev Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq üçün ölkəmizin xəritəsi ilə beynəlxalq miqyasda keçirilən mötəbər məclislərdə, tədbirlərdə erməni tərəfindən işğal olunmuş torpaqlarımız haqqında, Qafqaz ölkələrinin tarixi sərhədləri haqqında həqiqətləri əks etdirən məlumat verirdi. Ulu öndərin Böyük Azərbaycanlı kimi vətənpərvərlik nümunəsi hər birimizə örnək olmalıdır. Xatırladıb ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin 30 dekabr 2009-cu il tarixli "Quba şəhərində Soyqırımı Memorial Kompleksinin yaradılması haqqında" sərəncamı bu istiqamətdə mühüm addımlardan biridir.
Azərbaycanlıların soyqırımı ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında Heydər Əliyev Fondunun da xüsusi xidmətləri olduğunu deyən İsrafil İsmayılov fondun həyata keçirdiyi "Qarabağ həqiqətləri" silsiləsi və işğal olunan ərazilərdə mədəni-tarixi abidələrin dağıdılması ilə bağlə ingilis dilində nəşr olunan kitab və bukletlər də xaricdə yayımlandığını deyib: "Azərbaycan Prezidentinin apardığı uğurlu xarici siyasətin nəticəsində dünyanın bir necə ölkəsinin parlamentləri, senatı, konqresi Azərbaycanlıların soyqırımını tanımış və müvafiq qətnamə qəbul etmişlər. ABŞ- ın 7 Ştatının senatı Azərbaycanlıların soyqırımını tanıması haqında qətnamə qəbul etmişdir".
Sədr vurğulayıb ki, bu gün, artıq bir həqiqətdir ki, tutarlı faktlarla ermənilərin işğalçı olması sübuta yetirilib. Bu, ümummilli liderimiz Heydər Əliyev və Prezidentimiz cənab İlham Əliyevin yürütdüyü uzaqgörən siyasətinin nətiсəsidir ki, artıq bir çox xarici ölkələrdə azərbaycanlıların soyqırımına həsr edilmiş seminarlar, mühazirələr oxunur, sərgilər hazırlanır, jurnallar dərc olunur. Xarici ölkə tarixçiləırinin əsərlərində ermənilərin işğalçılıq və xalqımıza qarşı soyqırım siyasətini aşkarlayan və pisləyən faktlar verilməkdədir. İnternet şəbəkəsində azərbaycanlıların soyqırımını əks etdirən məlumatlar yeniləşdirilir, ölkə televiziya və radio verilişlərində, kütləvi informasiya vasitələrində bu soyqırımı ilə bağlı materiallar verilir.
GDU- nun tarix-coğrafiya fakultəsinin dekanı, professor Həsənbala Sadıqov "Ermənilər tərəfindən həyata keçirilən azərbaycanlıların soyqırımı tarixindən" mövzusunda çıxış edərək qeyd edib ki, əsrlər boyu tariximizi saxtalaşdıraraq qondarma tarix yaradan ermənilər bu siyasəti dövrümüzə qədər davam ediblər. Erməni şovinizminin xalqımıza və dövlətimizə qarşı yönəlmiş məkrli siyasətinə tarixin müxtəlif mərhələlərində nəhəng imperyalar havadarlıq etmiş və buna görə də erməni alimlər saxta erməni tarixini yarada biliblər. Tarixi Qərbi Azərbaycan torpaqları olan Ermənistan dövlətinin ərazisi zaman- zaman ermənilər tərəfəfindən mənimsənilərək, özünküləşdirilib, bununla tariximizin və mədəniyyətimizin saxtalaşdırılmasına yönəlmiş siyasət ardıcıl şəkildə həyata keçirilib.
Gəncə şəhər Ağsaqqallar Şurasının sədri Xalid Qurbanov, YAP Gəncə şəhər Təşkilatının Şura üzvü Mobil İmanov, GDU-nun prorektoru Pərvin Kərimzadə, ADAU-nun kafedra müdiri Məleykə Əlizadə, GDU-nun professoru Abbas Səmədov və AzTU YAP ərazi təşkilatı gənclər birliyinin sədri Hikmət Bağırov öz çıxışlarında ermənilərin azərbaycanlılara qarşı zaman-zaman törətdikləri terror aktlarından və vəhşiliklərdən danışaraq gənclərimizi ayıq-sayıq olmağa, tarixin ibrət dərsindən nəticə çıxarmağa çağırıblar.
YAP Gəncə şəhər Təşkilatının sədri, İsrafil İsmayılov tədbiri yekunlaşdıraraq qeyd edib ki, kifayət qədər güclü havadarları olan erməni lobbisinin köməyi ilə indiyə qədər cəzadan yaxa qutara bilmiş erməni qanicənlərin qətlə yetirdiyi günahsız insanların qanı yerdə qalmayacaq, günahkarlar öz laiyqli cəzalarını alacaq, Azərbaycanın ərazi bütövlüyü tezliklə bərpa olunacaq, didərgin soydaşlarımız doğma yurdlarına qayıdacaq. Azərbaycan Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin yürütdüyü sülhsevər siyasət, nümayiş etdirdiyi qətiyyət bunu deməyə əsas verir.
Dəyirmi masada dünyanı bürümüş erməni fitnəkarlığına qarşı informasiya- kommunikasiya vasitələrinin ən son nailiyyətlərindən istifadə etməklə, Azərbaycan həqiqətlərini dünyaya bəyan etmək işində tarixçilərin, eləcə də tədqiqatçı mütəxəssislərin üzərinə düşən vəzifələrdən bəhs olunub.
Sonda tədbirdə iştirak edən Ağsaqqallar Şurasının üzvləri və əzəli Azərbaycan torpaqlarından deportasiya olunmuş ailələrin, nəsillərin nümayəndələri şahidləri olduğu dəhşətli hadisələr haqqında və gənclərimizdə milli vətənpərvərlik ruhunun daha da yüksəldilməsinin vacibliyi haqqında danışıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB