Ankara Xocalı soyqırımını tanıdı

Türkiyənin paytaxtı Ankara şəhərinin Kızılcahamam Bələdiyyə Məclisi yekdilliklə Xocalı soyqırımının tanınması haqqında qərar qəbul edib. SİA-nın xəbərinə görə, sözügedən qərarda 26 fevral 1992-ci ildə Azərbaycanın Xocalı şəhərində ermənilər tərəfindən törədilən soyqırımı unudulmamalı, bu insanlığa sığmayan qətliam gələcək nəsillərə və bəşəriyyətə çatdırılmalıdır. Bu acı, vəhşiliklə törədilmiş soyqırımı əbədiləşdirilməlidir.

Qərarda həmçinin Xocalıda ermənilər tərəfindən törədilən bu soyqırımının ermənilər üçün tarixi ləkə olduğu qeyd edilib. Bu vəhşiliyin bir nəslin yox edilməsi aktı olduğu vurğulanıb və bu cinayəti törədilənlərin cəzalandırılmasının vacibliyi xüsusi qeyd edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə