Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar Dövlət Agentliyi yanında Elektron xidmətlərin təşviqi üzrə İctimai Şura "2013-2015-ci illərdə dövlət orqanlarında elektron xidmətlərin genişləndirilməsi və "elektron hökumət"in inkişafına dair Dövlət Proqramı"nın Layihəsi üçün Təkliflər hazırlayıb. İctimai Şuradan SİA-ya verilən məlumata görə, təkliflərə əsasən ölkədə elektron hökumət quruculuğu prosesinin sürətlənməsinə və sosial əhəmiyyətli xidmətlərin daha aktiv formada elektron formaya keçirilməsinə, bu sahədə idarəetmə proseslərinin daha çevik və effektiv qurulmasına yönəlib.
Təkliflərdə, yalnız elektron formada təqdim olunan xidmətlərin deyil, mərkəzi icra hakimiyyəti orqanları və bələdiyyələr tərəfindən real olaraq təqdim olunan bütün xidmətlərin inventarizasiyasını aparılması və vahid reyestrin hazırlanmasının vacibliyi qeyd olunub. Həmçinin xidmətlərin göstərilməsində bürokratik proseslərin elektronlaşmasının qarşının alınması, artıq olan proseduraları və zərurət olmadan tələb olunan sənədlərin ləğv edilməsi və ya sayının azaldılması üçün təkliflər nəzərdə tutulub.
Elektron formada təqdim olunan xidmətlərlə bağlı daha az vaxtın tələb olunması üçün qanunvericilik aktlarını araşdırması və müvafiq qərarların qəbul edilməsinin vacibliyi qeyd olunub.
Hər bir Mərkəzi icra orqanları üzrə Elektron xidmətlər bölməsində kütləvi və sosial əhəmiyyət kəsb edən xidmətlərin siyahısının da yerləşdirməsi təkliflərdə öz əksini tapıb. Hər bir xidmət üzrə elektron formaya keçidlə bağlı konkret tədbirlərin ( maliyyə, reqlament , infrastruktur və s ) müəyyən olunmasının vacibliyi, eləcə də elektron hökumət quruculuğu istiqamətində həyata keçirilən dövlət Proqramları və Layihələrində bütün maraqlı tərəflərin iştirakının təmin olunması, onun populyarlaşdırılması və prosesin şəffaflığı üçün mexanizmlərin yaradılması qeyd olunub.
Təkliflər İctimai Şura tərəfindən Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə təqdim edilib. Təkliflərin tam mətnini www.informasiya.org resursundan əldə etmək olar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB