"Xaricdə Təhsil Alan və Məzun Olmuş Azərbaycanlı Gənclərin Beynəlxalq Forumu" (ASAIF), İtaliyanın paytaxtı Roma şəhərində işinə start verdi. Qurumdan SİA-ya verilən məlumata görə, forumun keçirilməsində əsas məqsəd dünyanın bir çox nüfuzlu ali məktəblərində təhsil alan və məzun olmuş gənclərin milli-mənəvi dəyərlərimiz ətrafında birləşərək Azərbaycanın xaricdə təbliğinin səmərəli təşkilini təmin etmək, şəbəkələşmə prosesini gücləndirmək, informasiya mübadiləsində, təbliğat işinin interaktiv həyata keçirilməsində gənclərimizə dəstək olmaq, onların problemləri ilə maraqlanmaq və onların operativ həll olunması üçün uyğun şərait yaratmaq, dövlət rəsmiləri ilə gənclərimizi bir araya gətirərək onlar arasında dialoqu təmin etmək, illərlə qazanılmış təcrübələrin bölüşdürülməsi üçün ortaq platforma qurmaq, eyni zamanda İtaliya-Azərbaycan gənclər təşkilatıının səmərəli münasibətlərinin inkişafı istiqamətində gənclərin fəallığını artırmaqdır.
Forumda 45 ölkədən 550 Azərbaycan gənci, həmçinin İtaliyanın müxtəlif nüfuzlu gənclər təşkilatlarını təmsilən 20-dən çox italiyalı gənc iştirakçı qatılıb. Açılış mərasimində Roma forumunda Azərbaycan Respublikasının Gənclər və idman naziri Azad Rəhimov, Azərbaycan Respublikası Prezident Administrasiyasının siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov, Təhsil Nazirinin müavini Qulu Novruzov, Azərbaycan Respublikasının İtaliyadakı fövqaladə və səlahiyyətli səfiri Vaqif Sadıqov, Azərbaycan-İtaliya Assosiyasinin rəhbəri Paola Casagrande, Azərbaycan-İtaliya Ticarət İnstitutunun rəhbəri Mauela Traldi çıxış edib.
Forumda Dövlət Neft Fondunun, Strateji Araşdırmalar Mərkəzinin, Milli Məclisin, Azərbaycanın xarici ölkələrdəki diplomatik korpusunun nümayəndələri, Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcmasının nümayəndə heyəti o cümlədən bir çox dövlət rəsmiləri iştirak edir.
Qeyd edək ki, forumda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ətrafında real vəziyyət, danışıqlar prosesinin perspektivləri, insan kapitalı: geri dönən dəyərlər, KİV və ictimai diplomatiya vasitəsilə Azərbaycanın mövqeyinin təşviq edilməsi, Gələcəyə baxış: 2020 və müxtəlif mövzular üzrə çıxışlar olacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB