MTN istintaq aparır

"Ötən dövr ərzində saxta bank əməliyyatlarının aparılması, saxta sənədlər əsasında hərbi xidmətdən möhlət alınması və eyni üsulla külli məbləğdə vəsaitin mənimsənilməsi, vəzifə səlahiyyətlərindən sui-istifadə faktları aşkar olunub". Bu barədə milli təhlükəsizlik naziri, general-leytenant Eldar Mahmudov Azərbaycanın təhlükəsizlik orqanlarının yaranmasının 94-cü il dönümü ilə bağlı keçirilən tədbirdə çıxışın zamanı deyib. MTN-in İctimai Əlaqələr Mərkəzindən SİA-ya verilən məlumata görə, nazir qeyd edib ki, həmçinin yüksək vəzifəli şəxslərin adından istifadə ilə tikinti sahəsində tenderlərin udulmasına vasitəçilik edilməsi, icazəsiz beynəlxalq rabitə xidmətinin təşkili ilə bağlı qanunsuz sahibkarlıq, ali təhsil haqqında və şəxsiyyəti təsdiq edən sənədlərin saxtalaşdırılması, saxta sənədlərlə kredit vəsaitlərinin əldə edilməsi, plastik bank kartlarının elektron məlumatlarının oğurlanması halları müəyyən edilib.

Həmin faktlar, eləcə də respublikanın və MDB ölkələrinin ali təhsil müəssisələrinə tələbə qəbul etdirmək adları altında vətəndaşların aldadılması və sair cinayətlərlə bağlı MTN-in materialları əsasında ayrı-ayrı istintaq orqanlarında 26 cinayət işinin istintaqı aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə