XİN başçılarının Batumi görüşünün yekun protokolu

XİN başçılarının Batumi görüşünün yekun protokolu

Azərbaycan, Türkiyə və Gürcüstan xarici işlər nazirlərinin növbəti üçtərəfli görüşü Qəbələdə keçiriləcək

Batumidə Azərbaycan, Türkiyə və Gürcüstan xarici işlər nazirlərinin "Trabzon bəyannaməsi" çərçivəsində üçtərəfli görüşü keçirilib. Tədbirdə regional məsələlər, ölkələr arası iqtisadi münasibətlərin inkişaf etdirilməsi, müştərək beynəlxalq layihələr və enerji təhlükəsizliyi məsələləri, ətraf mühitinin qorunması, eyni zamanda nəqliyyat və digər prioritet məsələlər müzakirə olunub. Görüşdən sonra tərəflər arasında yekun protokolu imzalanıb, 2013-2015-ci illər üçün əməkdaşlıq planı qəbul edilib.

Azərbaycan, Türkiyə və Gürcüstan xarici işlər nazirlərinin növbəti üçtərəfli görüşünün bu ilin ikinci yarısında Qəbələdə keçirilməsi nəzərdə tutulur.

Bütün xəbərlər Facebook səhifəmizdə