Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovun aprel ayının 19-da Gəncə iqtisadi rayonu üzrə (Gəncə, Tovuz, Qazax, Ağstafa, Samux, Göygöl, Daşkəsən, Şəmkir, Goranboy) əhaliyə göstərilən telekommunikasiya, internet, poçt, radio və televiziya yayımı xidmətlərinin keyfiyyəti, xidmət mədəniyyəti, bu sahədə bölgələrdə əhalini maraqlandıran məsələlərlə bağlı vətəndaşların qəbulu planlaşdırılır.
Qurumdan SİA-ya verilən məlumat görə, vətəndaşlardan "[email protected]" elektron poçt ünvanı, 1655 saylı "Qaynar xətt", 598-38-18 nömrəli (regionlardan edilən zənglər pulsuzdur) telefon vasitəsilə əlaqə saxlayıb qəbula yazılmaları xahiş olunur. Gəncə Telekommunikasiya Qovşağında keçiriləcək qəbula gəlmək istəyən vətəndaşlar eyni zamanda, müvafiq rayon telefon qovşaqlarına müraciət edə bilərlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB