Azərbaycanın Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının fəal üzvlərindən olduğunu qeyd edən millət vəkili Qənirə Paşayeva bu təşkilat ilə Azərbaycan arasında əlaqələrin yüksək səviyyədə olmasından və getdikcə daha da genişlənməsindən məmnunluğunu ifadə edib. SİA-nın məlumatına görə, Türkdilli ölkələr arasında birliyin yaradılması və güləndirilməsi istiqamətində Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının fəaliyyətini yüksək qiymətləndirən millət vəkili Qənirə Paşayeva təşkilatın fəaliyyətinin getdikcə genişlənməsinin məmnuniyyətverici olduğunu deyib. Azərbaycan ilə Türkiyə arasında bütün istiqamətlərdə yüksək səviyyəli əlaqələrin bütün türk dünyası ölkələri üçün örnək ola biləcəyini deyən millət vəkili Qənirə Paşayeva Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının bütün türk dünyası ölkələri arasında əlaqələrin daha da güclənməsinə öz töhfəsini verəcəyinə və fəaliyyətinin sürətlə genişlənəcəyinə inandığını deyib.
Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının baş katibi Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının fəaliyyətinin getdikcə daha da genişləndiyini vurğulayıb və bu istiqamətdə nəzərdə tutulan işlərdən danışıb. O, təşkilat tərəfindən həyata keçirilən layihələrə Azərbaycanın yaxından öz dəstəyini verməsindən və bir sıra tədbirlərinə ev sahibliyi etməsindən məmnunluğunu bildirib.
Daha sonra millət vəkili Qənirə Paşayeva Halil Akıncıya Azərbaycan həqiqətləri, mədəniyyəti, tarixi barədə materiallar hədiyyə etmişdi.
Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının baş katibi Halil Akıncı millət vəkili Qənirə Paşayevaya təşkilatın yeni nişanını hədiyyə edib. Hədiyyəni qəbul edərək yaxasına taxan millət vəkili Qənirə Paşayeva onun üçün böyük məna daşıyan bu hədiyyəyə görə təşəkkür edib və onu böyük qürurla daşıyacağını deyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB