YAP kimsəsiz uşaqlara bayram sovqatı aparıb

YAP Gəncə şəhər Təşkilatı kimsəsiz uşaqlara bayrama sovqatı aparıb
YAP kimsəsiz uşaqlara bayram sovqatı aparıb

Yeni Azərbaycan Partiyasının (YAP) Gəncə şəhər Təşkilatı tərəfindən ata-ana himayəsindən məhrum olan körpələrə bayram sovqatı aparılıb. SİA-nın Qərb bürosunun məlumatına görə, tədbirdə partiyanın şəhər təşkilatının sədri İsrafil İsmayılov, eləcə də Gəncə şəhər İcra Hakimiyyəti Aparatının nümayəndələri iştirak edib. İsrafil İsmayılov qeyd edib ki, dövlət tərəfindən bu kateqoriyadan olan insanlara xüsusi diqqət, qayğı göstərilir. Belə vətəndaşlarımızın cəmiyyətdə yerini tapmaları, təhsil almaları, ayrıca lazımı işlərlə təmin olunmaları üçün geniş proqramlar həyata keçirilir. Bayram tədbirində balacalar tərəfindən musiqi nömrələri səslənib, rəqslər göstərilib.

İlham Məmmədov

Bütün xəbərlər Facebook səhifəmizdə