Əhməd Davudoğlu: "Türkiyənin Azərbaycan və Gürcüstan ilə həyata keçirdiyi layihələr çox vacibdir"
Türkiyənin Azərbaycan və Gürcüstan ilə həyata keçirdiyi layihələr çox vacibdir. Mən Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz boru kəmərləri, Bakı-Tbilisi-Qars dəmir yolu layihələrini xüsusi vurğulamaq istəyirəm. SİA-nın verdiyi məlumata görə, bu sözləri Azərbaycan və Gürcüstan xarici işlər nazirləri ilə keçiriləcək üçtərəfli görüşdə iştirak etmək üçün Batumidə səfərdə olan Türkiyənin xarici siyasət idarəsinin rəhbəri Əhməd Davudoğlu martın 27-də jurnalistlərə müsahibəsində deyib.
Əhməd Davudoğlu keçiriləcək üçtərəfli görüşdə və digər müzakirələrdə müştərək layihələrin inkişafı, iqtisadi əlaqələrin genişləndirilməsi, enerji təhlükəsizliyi, ətraf mühitin mühafizəsi və s. vacib məsələlərə dair konkret təşəbbüslərin irəli sürülməsinin və layihələrin həyata keçirilməsinin daha səmərəli yollarının nəzərdən keçiriləcəyini vurğulayıb.
Martın 28-də keçiriləcək üçtərəfli görüşdə yekun protokolunun imzalanacağı, həmçinin 2013-2015-ci illər üzrə idarələrarası əməkdaşlıq planının qəbul olunacağı gözlənilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB