Görkəmli Azərbaycan şairi Məmməd Arazın 80 illik yubileyi ilə bağlı olaraq müsabiqə keçiriləcək. Aprelin 1-dən start götürən müsabiqəyə yazıların qəbulu sentyabrın 1-nə kimi davam edəcək.
Şairin irsinin təhlilinə yönələn bədii-publisistik yazı müsabiqəsinə təqdim oluna yazılar münsiflər tərəfindən qiymətləndirildikdən sonra əvvəlcə "Kaspi" qəzetində dərc olunacaq, sonra isə şairin yubileyi ərəfəsində çıxacaq kitaba daxil ediləcək. Müsabiqəyə, həmçinin şairlə bağlı xatirələr, bu vaxta kimi dərc olunmamış şeirləri də qəbul olunur.
Müsabiqədə I yerin sahibinə 2000 manat, II yeri (2 mükafat) tutanların hər birinə 1000 manat, III yer (3 mükafat) qazananların hər birinə isə 500 manat məbləğində pul mükafatları təqdim olunacaq.
Yazılar "Kaspi" qəzetinin elektron ünvanına göndərilə və ya müəlliflər tərəfindən şəxsən təqdim oluna bilər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB