Milli Təhlükəsizlik Nazirliyinin bir qrup əməkdaşı təltif edildi

Milli Təhlükəsizlik Nazirliyinin bir qrup əməkdaşı təltif edildi

Azərbaycan Prezidenti İlham Əliyev Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşlarına ali hərbi rütbələrin verilməsi haqqında Sərəncam imzalayıb. SİA-nın prezidentin rəsmi saytına istinadən verdiyi məlumata görə, dövlət başçısı Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 24-cü bəndini rəhbər tutaraq qərara alıb:

Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin aşağıdakı əməkdaşlarına ali hərbi rütbələr verilsin:

general-mayor ali hərbi rütbəsi:

Əliyev Elçin Ərsalan oğlu - Azərbaycan Respublikası milli təhlükəsizlik nazirinin müavini

Səfərov Pərviz İnqlab oğlu - Təhqiqatlar Baş İdarəsinin rəisi

tibb xidməti general-mayoru ali hərbi rütbəsi:

Yaqubov Məzahir Şahbala oğlu - Hərbi-tibb Baş İdarəsinin rəisi.

Prezidentin digər sərəncamı ilə Nazirliyin bir qrup əməkdaşı müxtəlif orden və medallarla təltif edilib. Konstitusiyanın 109-cu maddəsinin 23-cü bəndi rəhbər tutularaq qərara alınıb:

Azərbaycan Respublikasında milli təhlükəsizliyin təmin edilməsində, xarici xüsusi xidmət orqanlarının kəşfiyyat-pozuculuq fəaliyyətinin qarşısının alınmasında, terrorçuluq və transmilli mütəşəkkil cinayətkarlıqla mübarizədə fərqləndiklərinə, xidməti vəzifələrinin icrası zamanı peşəkarlıq göstərdiklərinə görə Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin aşağıdakı əməkdaşları təltif edilsinlər:

3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə:

Ələsgərov Vəli Məmiş oğlu - general-mayor

Məmmədov Tarverdi Məmməd oğlu - polkovnik

Mirvətova Natəvan Mürsəl qızı - general-mayor

"Vətən uğrunda" medalı ilə:

Cəfərov İsrafil Məmməd oğlu - kapitan

Əliyev Ruzi Əli oğlu - polkovnik-leytenant

Qəhrəmanov Elmar Elman oğlu - kapitan

Manafov Aydın Manaf oğlu - polkovnik

Rzayev Elçin Daxil oğlu - baş leytenant

Yusifov Bəhman Nəriman oğlu - polkovnik-leytenant

"İgidliyə görə" medalı ilə:

Əliyev Ramin İmran oğlu - mayor

Əliyev Vüqar Surxay oğlu - ədliyyə polkovnik-leytenantı

Orucəliyev Elnur Akif oğlu - mayor

Pənahov İsgəndər Ağasəf oğlu - mayor

Verdiyev Kəyan Məhərrəm oğlu - kapitan

"Hərbi xidmətlərə görə" medalı ilə:

İsmayılov Zaur Ramiz oğlu - mayor

Mustafabəyova Rənaxanım Ənvər qızı - mayor

Salahov Fərman Çingiz oğlu - mayor

Seyidov Rəşad Mirfəddin oğlu - mayor

Vəliyev Pərviz Şamir oğlu - polkovnik

Yusifov Azad Qəzənfər oğlu - kiçik leytenant

Zeynalov Oqtay Əbdül oğlu - polkovnik.

Bütün xəbərlər Facebook səhifəmizdə