SAM-ın aparıcı elmi işçisi Tbilisidə qaz konfransında iştirak edir

SAM-ın aparıcı elmi işçisi Tbilisidə qaz konfransında iştirak edir

26-27 mart 2013-cü il tarixlərində keçirilən "İllik12-ci Beynəlxalq Neft-Qaz və İnfrastruktur Enerji Konfransı"-nda iştirak və çıxış etmək uçun SAM-ın enerji üzrə aparıcı elmi işçisi Gülmira Rzayeva Tbilisiyə səfər edib. SAM-dan SİA-ya verilən məlumata görə, konfrans Gürcüstanın Enerji və Təbii Sərvətlər Nazirliyi, Gürcüstanın Neft Qaz Korporasiyası, Britaniya-Gürcüstan Ticarət Palatası, Gürcüstan Amerika Ticarət Palatası və BP şirkəti tərəfindən təşkil olunub.

Konfransda Gürcüstanın Enerji və Təbii Sərvətlər Naziri Kaxa Kaladze, Ukraynanın Ekologiya və Təbii Sərvətlər Naziri Eduard Stavitskiy və başqaları da məruzə ilə çıxış ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə