Zakir Qaralov vətəndaşların qəbulunu keçirəcək

Zakir Qaralov vətəndaşların qəbulunu keçirəcək

Azərbaycan Respublikasının Baş prokuroru Zakir Qaralov bu il aprelin 5-də saat 11:00-da Ağstafa rayon prokurorluğunun binasında Ağstafa, Qazax, Tovuz, Şəmkir və Gədəbəy rayonlarında yaşayan vətəndaşların qəbulunu keçirəcəkdir. SİA xəbəri Prokurorluğun mətbuat xidmətinə istinadən yayır.

Məlumatda bildirilir ki, qəbula gəlmək istəyən vətəndaşların qeydiyyatı və Ağstafa rayonuna gəlmələrinin təşkili müvafiq rayon prokurorları tərəfindən həyata keçiriləcəkdir.

Bütün xəbərlər Facebook səhifəmizdə