Millət vəkili rektorla görüşüb

Millət vəkili rektorla görüşüb

Millət vəkili Qənirə Paşayeva Aydın Universitetinin rektoru prof. dr. Yadigar İzmirli və Mütəvəlli heyəti başqanı Mustafa Aydın ilə görüşüb. SİA-nın məlumatına görə, Aydın Universitetinin Mütəvəlli heyəti başqanı Mustafa Aydın və Universitetin rektoru prof. dr. Yadigar İzmirli qardaş ölkə olan Azərbaycan ilə Türkiyə arasında bütün sahələrdə, o cümlədən təhsil sahəsində əlaqələrin getdikcə genişlənməsindən məmnunluqlarını ifadə edib. Azərbaycanla əməkdaşlığa böyük önəm verdiklərini deyən Aydın Universitetinin rektoru Yadigar İzmirli Azərbaycanın bütün istiqamətlərdə getdikcə daha da inkişaf etdiyini bildirib və iki ölkə arasında bütün sahələrdə münasibətlərin daha da inkişafından məmnunluğunu ifadə edib. Görüş zamanı Azərbaycanın millət vəkili Qənirə Paşayeva Azərbaycan universitetlərinin Türkiyənin ali təhsil müəssisələri ilə əməkdaşlığın getdikcə daha da genişlənməsinin vacibliyini qeyd edib və Aydın Universiteti ilə Azərbaycanın ali təhsil müəssisələri arasında əməkdaşlığın daha da genişlənməsinin müsbət hal olduğunu bildirib. Azərbaycan ilə Türkiyə arasında əməkdaşlığın bütün istiqamətlərində olduğu kimi təhsil sahəsində də ildən-ilə əlaqələrin genişləndiyini vurğulayan millət vəkili böyüyən gənc nəsillər, universitet tələbələri arasında ortaq tariximizin daha geniş öyrədilməsi və təbliğ olunmasının vacibliyi xüsusi vurğulayıb. Millət vəkili Qənirə Paşayeva Aydın Universitetinin rektoru Yadigar İzmirliyə və Mütəvəlli heyəti başqanı Mustafa Aydına Azərbaycan həqiqətləri, Dağlıq Qarabağ münaqişəsi, Azərbaycan mədəniyyəti, tarixinə dair materiallar, kitablar, filmlər təqdim edib. Görüşdə millət vəkili Qənirə Paşayeva Aydın Universitetinin rektoru Yadigar İzmirlini və Universitetin Mütəvəlli heyəti başqanı Mustafa Aydını Azərbaycana dəvət edib. Aydın Universitetinin rektoru Yadigar İzmirli və Universitetin Mütəvəlli heyəti başqanı Mustafa Aydın dəvəti məmnuniyyətlə qəbul ediblər və Türkiyənin Aydın Universiteti ilə Azərbaycanın ali təhsil məktəbləri arasında əlaqələrin daha da inkişafının vacibliyini vurğulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə