Prezident Abdulla Gül Türkiyədəki sülh prosesi ilə bağlı irəli sürülən "aqil adamlar" təklifinə münasibət bildirib. Hər kəsin konstruktiv və məsuliyyətli şəkildə prosesdə iştirak etməsinin faydalı olduğunu söyləyən Gül "Bu, prosesi sağlamlaşdırar" deyib.
Prezident qeyd edib ki, mühüm olan terrorun Türkiyənin gündəliyindən çıxması və həqiqətən Türkiyədə qardaşlığın, sülhün güclənməsidir: "Şübhəsiz ki, bunun üçün silahların tamamilə atılması əsas şərtdir. Ölkədən çıxmaq ölkə xaricində silahlı durmaq deyil".
Abdulla Gül bu prosesdə məsuliyyətli, ciddi fikri olan insanlardan yararlanmaqdan daha təbii bir şey ola bilməyəcəyini söyləyib: "Bu, hökumətin apardığı işdir, amma əlbəttə, hamını maraqlandırı. Bu səbəbdən də hamının konstruktiv və məsuliyyətli şəkildə düşüncələrini ifadə edərək prosesdə iştirak etməsində fayda var. Hər kəsin işin içində olduğu və iştirak etdiyi proses olarsa, daimi olar".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB