ATƏT-in qoşunların təmas xəttində keçirdiyi monitorinq insidentsiz ötüşüb
ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, martın 26-da Azərbaycanın Tovuz rayonunun Əlibəyli kəndinin yaxınlığındakı təmas xəttində keçirilən monitorinq insidentsiz ötüşüb.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, monitorinqi Azərbaycan tərəfdə ATƏT-in fəaliyyətdə olan sədrinin səhra köməkçisi Xristo Xristov və şəxsi köməkçi Uilyam Prayor keçiriblər.
Təmas xəttinin qarşı tərəfində isə monitorinqi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Jiri Aberle və Conattan Ferrabi keçiriblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB