Astara rayonunda yanğın hadisəsi qeydə alınıb.FHN-nin rəsmi saytına istinadən verilən xəbərə görə, Astara rayonu, Siyatürk kəndində (rayon mərkəzindən 20 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 225 kv.m olan ikimərtəbəli 4 otaqlı evin 1-ci mərtəbəsində 1 otağın döşəməsi 25 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın saat 01:45-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB