Rusiyada polisə rüşvət vermək istəyən azərbaycanlı cərimə olunub

polisə 3 min rubl rüşvət vermək istədi,amma 90 min rubl cərimə olundu
Rusiyada polisə rüşvət vermək istəyən azərbaycanlı cərimə olunub

Buryatiyada polisə 3 min rubl rüşvət verməyə cəhd edən Azərbaycan vətəndaşı 90 min rubl cərimə olunub.

Adı çəkilməyən Azərbaycan vətəndaşı Rusiya ərazisində qeyri-leqal yaşayıb. Polis bu faktı müəyyənləşdirən zaman azərbaycanlı inzibati cəzadan və deportasiyadan yaxa qurtarmaq üçün polisin cibinə 3 min rubl pul qoymağa çalışıb. Rüşvət faktı ilə bağlı cinayət işi başlanıb, Tarbaqatay rayon məhkəməsinin qərarı ilə Azərbaycan vətəndaşı 90 min rubl cərimə olunub. Soydaşımızın artıq cərimənin 70 min rublunu ödədiyi bildirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə