"Facebook" pullu oldu!

Dünyaca məşhur sosial şəbəkə olan "Facebook" daha əvvəldən sınağa başladığı yeni tətbiqini icra edib. SİA-nın məlumatına görə, yeni tətbiqlə dost siyahınızda olmayan birinə mesaj göndərmək artıq ödənişli hala gəlir.

Belə ki, dost siyahınızda olmayan birinə göndərdiyiniz mesaj, istifadəçinin "digər" (spam - red.) qovluğuna düşür. Əgər bunu istəmirsinizsə təqribən 1 manat ödəyərək göndərdiyiniz mesajın istifadəçinin "gələn mesajlar" qovluğuna düşməsini təmin etməniz mümkündür.

Bu tətbiq üzərində uzun müddətdir düşünən "Facebook" beləcə ödənişli mesajı həyata keçirmiş oldu.

Qeyd edək ki, mesaj göndərmək istədiyinizdə qarşınıza gələn xəbərdarlıq pəncərəsi sizi istiqamətləndirir. Mesaja görə ödənişi kredit kartı ilə həyata keçirə bilərsiniz. Ödəniş yerinə yetirildikdən sonra mesaj qarşı tərəfə çatdırılır. İndi əsas məsələ "Facebook" istifadəçilərinin bu tətbiqə necə reaksiya verəcəkləridir. Çünki bu tətbiq hələ fikir mərhələsindəykən belə çox danışılıb və mübahisələrə səbəb olub.

Bütün xəbərlər Facebook səhifəmizdə