DSK: “Nəqliyyat sektorunda 31,8 milyon ton yük daşınıb”

Azərbaycanın nəqliyyat sektorunda fəaliyyət göstərən təsərrüfat subyektləri tərəfindən cari ilin yanvar-fevral aylarında 31,8 milyon ton və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,4 faiz çox yük daşınıb, qeyri-neft yüklərinin həcmi 5,2 faiz artaraq 20,8 milyon tona çatıb. Dövlət Statistika Komitəsindən SİA-ya verilən məlumata görə, daşınan yüklərin 51 faizi avtonəqliyyat, 30,5 faizi boru kəməri, 11,8 faizi dəmir yolu, 6,7 faizi dəniz nəqliyyatı ilə həyata keçirilib.

Qeyri-dövlət bölməsində yük daşınması 1,9 faiz artıb, bu bölməyə məxsus nəqliyyat vasitələri ilə yük daşınmasının payı nəqliyyat sektorunda 70,3 faiz təşkil edib.

Bütün xəbərlər Facebook səhifəmizdə