PKK atəşkəs elan etdi Son dəqiqə!

PKK atəşkəs elan etdi Son dəqiqə!

Murat Karayılan, Öcalanın çağırışından sonra atəşkəs elan etdiyini açıqladı

Terror təşkilatı PKK, İmralıda həbsdə olan Abdullah Öcalanın Diyarbəkirdəki Novruz tədbirləri çərçivəsində oxunan çağırışı istiqamətində atəşkəs elan etdiyini açıqladı.

PKK-nın Kandil-də olan liderlərindən Murat Karayılan, "21 Martdan etibarən və bundan sonra biz hərəkət olaraq, KCK, PKK və HPG olaraq rəsmi və açıq bir şəkildə atəşkəs elan edirik" dedi.

Karayılan, Öcalanın silahlı komponentlərin ölkəni tərk etməsi çağırışına da müsbət cavab verərək, "Əgər Türk dövləti, hökumət və parlament məsuliyyətini yerinə yetirər və geri çəkilməyə dair lazımi qərarları alarsa, lazımlı komissiya və təşkilatları təyin edərsə, geri çəkilmənin əsası qoyulsa biz onu da yerinə yetirəcəyik . İndi bu zəminin yaradılmasını gözləyirik. bu mövzularda bizim deyəcəklərimiz qısaca budur "ifadələrindən istifadə etdi.

Bütün xəbərlər Facebook səhifəmizdə