Gənc azərbaycanlı həkimlərin forumu keçiriləcək

Forum Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə baş tutacaq
Gənc azərbaycanlı həkimlərin forumu keçiriləcək

Moskvada Heydər Əliyev Fondunun vitse-prezidenti, Fondun Rusiya nümayəndəliyinin rəhbəri Leyla xanım Əliyevanın təşəbbüsü ilə Rusiyada çalışan gənc azərbaycanlı həkimlərin birinci forumu keçiriləcək. Bu barədə "AzərTAc"ın xüsusi müxbirinə Rusiya Azərbaycanlı Gənclər Birliyi (RAGB) İdarə Heyətinin üzvü Emin Hacıyev bildirib.

E.Hacıyev deyib ki, RAGB, Azərbaycan Səhiyyə Nazirliyi, Azərbaycan Gənclər və İdman Nazirliyi və İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin təşilatçılığı ilə aprelin 26-27-də keçiriləcək forumda Moskva, Sankt-Peterburq və Kazandan 100-dən çox gənc azərbaycanlı həkim iştirak edəcək.

Forumda iştirak etmək istəyənlər [email protected] elektron ünvanına və RAGB-nin rəsmi internet saytındakı xüsusi bölməyə (https://docs.google.com/file/d/0Bx6PmIDP78y1NTczRmVwd0tNdlU/edit?pli=1) müraqciət edə bilərlər.

Bütün xəbərlər Facebook səhifəmizdə