Qənirə Paşayeva 22 martda Türkiyənin Bahçeşehir Universitetində çıxış edəcək
Türkiyənin Bahçeşehir Universitetində "Xocalı qətliamı və soyqırım gerçəyi" adlı konfrans keçiriləcək. Konfransda millət vəkili Qənirə Paşayeva , Türkiyə Böyük Millət Məclisinin üzvləri, millət vəkilləri Yusuf Halaçoğlu, Ali Haydar Öner, Şuay Alpay, Türkiyə-Azərbaycan türkləri konfederasiyasının rəhbəri Abbas Bozyel çıxış edəcəklər.
Tədbir çərçivəsində millət vəkili Qənirə Paşayevanın rəhbərlik etdiyi Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB və Şamaxının millət vəkili Elxan Süleymanovun rəhbərlik etdiyi Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) hazırladığı "Azərbaycan həqiqətləri" adlı filmlər toplusu, millət vəkili Qənirə Paşayeva və Dağlıq Qarabağın Azərbaycanlı İcmasının İdarə heyətinin üzvü Həvva Məmmədovanın həmmüəllifliyi ilə hazırlanmış və Xocalı soyqırımını şahidlərin dili ilə oxucuya çatdıran "Hocalı Soykırımı: tanıkların dili ile", millət vəkili Qənirə Paşayeva və Xocavənd Rayon İcra Hakimiyyətinin əməkdaşı Şaiq Aslanovun həmmüəllifliyi ilə hazırlanmış və Qaradağlı soyqırımını şahidlərin dili ilə oxucuya çatdıran "Qaradağlı Soyqırımı şahidlərin dili ilə" kitabları, "Hocalı Soykırımı" və "Ruhum Qarabağlıdır" filmləri də təqdim olunacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB