Erməni silahlı bölmələri atəşkəsi yenidən pozublar. Müdafiə Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, erməni silahlı bölmələri dünən və ötən gecə Ağdam rayonunun işğal olunmuş Mərzili, Qaraqaşlı, Sarıcalı, Goranboy rayonunun Tapqaraqoyunlu kəndləri yaxınlığında, Xocavənd, Füzuli və Cəbrayıl rayonlarının ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutub.
Düşmən cavab atəşi ilə susdurulub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB