Hava dumanlı olacaq

Bu gün Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər və axşam saatlarında bəzi yerlərdə duman olacaq. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən SİA-ya verilən məlumata görə, havanın temperaturu gecə 5-8° isti, gündüz 12-17° isti, bəzi yerlərdə 19° -dək isit, Bakıda gecə 6-8° isti, gündüz 15-17° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 764 mm civə sütunundan 759 mm civə sütununa enəcək.
Nisbi rütubət gecə 85-90 faiz, gündüz 70-75 faiz təşkil edəcək.

Naxçıvan Muxtar Respublikasında əsasən yağmursuz olacaq. Havanın temperaturu gecə 1-6° isti, bəzi yerlərdə 2°-dək şaxta, gündüz 15-20° isti olacağı gözlənilir.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Havanın temperaturu gecə 0-5° şaxta, gündüz 10-15° isti olacağı gözlənilir.

Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında əsasən yağmursuz keçəcək. Havanın temperaturu gecə 5-8° isti, gündüz 15-20° isti olacağı gözlənilir.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında əsasən yağmursuz keçəcək. Havanın temperaturu gecə 3-8° isti, gündüz 13-18° isti, dağlarda gecə 3° şaxtadan 2° -dək isti, gündüz 8-13° isti olacağı gözlənilir.

Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Havanın temperaturu gecə 3-8° isti, gündüz 15-20°, bəzi yerlərdə 24° -dək isti olacağı gözlənilir.

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında əsasən yağmursuz keçəcək. Səhər dağlarda duman olacaq. Havanın temperaturu gecə 5-8° isti, gündüz 13-18° isti, dağlarda gecə 3-7° isti, gündüz 10-15° isti olacağı gözlənilir.

Bütün xəbərlər Facebook səhifəmizdə