Şəki sakinlərinin bayram sevinci

Şəki sakinlərinin bayram sevinci

Şəkinin Turan qəsəbəsində 356 və Bideyiz kəndinin 159 sakini Novruz bayramında ikiqat sevinc yaşayıb. SİA-nın məlumatına görə, Dövlət Neft Şirkəti "Azəriqaz" İstehsalat Birliyi tərəfindən hər iki yaşayış məntəqəsinin qazlaşdırılması işi başa çatdırılıb və əhaliyə "mavi yanacağ"ın verilməsinə başlanılıb.

356 abonenti olan yaşayış məntəqəsinin qazlaşdırılması üçün birpilləli sistem əsasında müxtəlif diametrli borularla daşıyıcı və məhəllədaxili qaz kəmərləri çəkilib. Artıq qəsəbədə 356 sayğac və fərdi tənzimləyici quraşdırılıb. Bideyiz kəndində isə 159 abonentə təbii qaz verilib. Bu məqsədlə ikipilləli sistem əsasında daşıyıcı və məhəllədaxili qaz xətləri təmir edilib, 4 qaztənzimləyici şkaf və 159 sayğac quraşdırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə