Türkiyənin paytaxtı Ankarada naməlum şəxslər Ədliyyə Nazirliyinin inzibati binasına və hakim Ədalət və İnkişaf Partiyasının qərargahına hücum edib. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, basqınçılar binanın yeddinci mərtəbəsində yerləşən partiyanın qərargahına qumbaraatandan atəş açıblar, nazirliyin binasına isə iki ədəd qumbara atıblar.
İlkin məlumata görə, iki nəfər yaralanıb. Fakt üzrə iki şübhəli şəxs saxlanılıb.
Qeyd edək ki, basqınlar terrorçu Kürd Fəhlə Partiyası (PKK) tərəfindən törədildiyi istisna edilmir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB