Lənkəranda Böyük Vətən Müharibəsi veteranlarına minik avtomobili verilib

Lənkəranda Böyük Vətən Müharibəsi veteranlarına minik avtomobili verilib

Martın 19-da Lənkəran şəhərində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən rayonun üç nəfər Böyük Vətən Müharibəsi veteranına minik avtomobilləri verilib. SİA-nın Cənub bürosunun verdiyi məlumata görə, "Lifan-NAZ" markalı minik avtomobilini Girdəni kənd sakinləri Ramazan Şabanov, Tarverdi Məmmədov və Xolmili kənd sakini Sərraf Heseynov alıb.

Bu münasibətlə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Lənkəran Şəhər Mərkəzinin həyətində keçirilən mərasimdə çıxış edən İcra Hakimiyyəti aparatının şöbə müdiri Əlimərdan Əliyeviv, mərkəzin direktoru Rəfael Tahirov müharibə veteranlarını əlamətdar hadisə və qarşıdan gələn Novruz bayramı münasibətilə təbrik etmiş, ölkəmizdə müharibə iştirakçılarının və şəhid ailələrinin daim dövlət qayğısı ilə əhatə olunduğunu diqqətə çatdırıblar.

Sonda Rəfael Tahirov minik avtomobillərinin açarlarını müharibə veteranlarına təqdim edib.

Sərraf Mirsəfəroğlu

Bütün xəbərlər Facebook səhifəmizdə