Bakcell "Azərbaycan: Səmadan Baxış" kitabın təqdimatını keçirib

Bakcell "Azərbaycan: Səmadan Baxış" kitabın təqdimatını keçirib

Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti böyük məmnuniyyətlə səmadan çəkilmiş şəkillərin misilsiz kolleksiyası olan "Azərbaycan: Səmadan Baxış" kitabını təqdim edib. Bu kitabda toplanan şəkillər Azərbaycanı yenidən kəşf etmək imkanını yaradır. Bu şəkillər əfsanəvi ölkəmizin rəngarəng və gözəl təbiətinə tam yeni bir baxışdır.

Bakcell şirkətinin dəstəyi ilə həyata keçirilmiş bu layihə, ArtGroup Istanbul şirkəti və tanınmış Alban fotoqrafçı Alket İslami tərəfindən hazırlanmışdır.

"Keçən il həyata keçirdiyimiz layihələrdən görünür ki, Bakcell şirkəti daima olaraq Azərbaycanın mədəniyyəti, ədəbiyyatı və idmanına öz töhfəsini verməyə çalışır. Biz həmin sahələr üzrə olduqca nəhəng layihələrə dəstək göstərməkdəyik. Bu kitabda toplanan şəkillər Azərbaycanı tam yeni və misilsiz bir tərzdə göstərir: təbiətin müxtəlifliyi və gözəlliyini təsvir edir. Hamınızı Sizi əhatə edən gözəllikdən həzz almağa dəvət edirik. Azərbaycan çox gözəl bir ölkədir və bu gözəlliyin 92 faizini Bakcell-in şəbəkəsi ilə əhatə etməyimizdən qürur duyuruq" - deyə Bakcell şirkətinin Baş direktoru cənab Riçard Şirer bildirmişdir.

Foto çəkiliş 2012-ci ilin İyul ayında baş tutmuşdur. Bakcell tərəfindən seçilmiş 102 unikal şəkil "Azərbaycan: Səmadan Baxış" adlı kitabda toplanmışdır.

"Mən hər zaman Albaniyadan kənarda bir layihə həyata keçirməyi arzu etmişəm və bu gözəl layihəni Azərbaycanda həyata keçirmək haqqında dəvəti böyük sevgi hissi ilə qəbul etdim. Dəvəti aldıqdan sonra etdiyim ilk şey Google Earth proqramında Azərbaycan təbiətinin mənzərəsini nəzərdən keçirmək oldu! Buraya gəlməmişdən əvvəl şəkillərin nə qədər gözəl alınacağını artıq təsəvvür edirdim. Hətta ilk şəkli çəkərkən əmin oldum ki, bu gözəl və rəngarəng ölkənin mənzərələri Sizin hamınızı heyran edəcək" - deyə Alket İslami bildirmişdir.

"Azərbaycan: Səmadan Baxış" kitabının təqdimat mərasimində 6 seçilmiş şəkilin auksionu keçirilib və 4000 AZN-dən artıq məbləğdə vəsait toplanmışdır. Bakcell həmin məbləği ikiqat artıraraq Şirkətin "Bakcell Stars" adlı KSM proqramı çərçivəsində həyata keçirilən xeyriyyə layihələri üçün sərf edəcəkdir.

***

Bakcell haqqında

Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi olan Bakcell şirkəti müasir mobil kommunikasiya xidmətləri istifadəçilərinə geniş çeşiddə məhsullar təklif etməkdədir. Bakcell şirkəti, Sür@ ticarət nişanı adı altında öz abunəçilərinə ən mükəmməl 3G mobil internet xidmətlərini göstərir.

Ölkənin qeyri-neft sektorunun ən iri investorlarından biri olan Bakcell, ən son texnologiyalar və abunəçilərinə xidmət edən insan resursları vasitəsilə Azərbaycan iqtisadiyyatına böyük həcmdə sərmayə yatırmaqda davam edir.

Bakcell-in şəbəkəsi ölkə əhalisinin 99%, ölkə ərazisinin isə 92%-ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir. İnnovasiyalar sahəsində lider olan şirkət, Sür@ xidməti və yeni tərfədaşlıqlar vasitəsilə Azərbaycan əhalisini ən yüksək səviyyəli mobil internet xidmətləri ilə təmin etməkdədir. 257 pərakəndə satış nöqtəsi və həftənin 7 günü, günün 24 saatı fəaliyyət göstərən 7 Müştəri Xidmətləri Mərkəzində istifadəçilərə ən üstün müştəri təcrübəsi təklif olunur.

Bakcell və onun məhsul və xidmətləri haqqında ətraflı məlumat əldə etmək üçün, xahiş edirik, www.bakcell.com internet səhifəsinə daxil olun və ya 555-ə zəng edin. Press-relizlərlə tanış olmaq üçün www.bakcell.com/az/news (və ya İngilis dili üçün www.bakcell.com/en/news) səhifəsinə daxil olun.

Qeyri-Bakcell abunəçiləri isə 055 0000 555 nömrəsinə zəng etməklə Bakcell şirkətinin xidmətləri haqqında məlumat əldə edə bilərlər.

Bütün xəbərlər Facebook səhifəmizdə