Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının Tələbə Gənclər Təşkilatının (AƏSMA TGT) üzvləri cari ilin 1 – 11 mart tarixlərində Türkiyənin Qars şəhərində mədəniyyətlərarası dialoq mövzusunda keçirilmiş beynəlxalq təcrübə proqramında ölkəmizi təmsil edib. SİA-nın verdiyi xəbərə görə, bu barədə ƏSMA TGT-dən Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqına (ATGTİ) məlumata verilib. Təcrübə proqramında Türkiyəni, Azərbaycanı, Gürcüstan, Rumıniya, Almaniya, İtaliya, Bolqarıstan, və Ukraynanı təmsil edən 40 nəfər gənc mədəniyyətlərarası dialoq sahəsində beynəlxalq əməkdaşlıq üzrə yeni fəaliyyət paketi işləyib, təqdim ediblər. Proqram çəçivəsində mədəniyyət mövzularında ayrı-ayrı təlimlərə qatılan gənclər, öz ölkələrinin milli musiqisi, tarixi və mətbəxləri ilə də bir-birilərini yaxından tanış ediblər.
Qeyd edək ki, bu günə qədər AƏSMA TGT Gürcüstanın və Türkiyənin bir sıra QHT-ləri ilə əməkdaşlıq əlaqələri qurub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB