Zahid ORUC, millət vəkili
Hesabatların ünvanı

Nazirlər Kabinetinin bir illik fəaliyyətinə dair müzakirələrdə müxtəlif kriteriyalarla dəyərləndirmələrdən istifadə etmək olar. Konkret problemlərin xəritəsinə nəzər yetirməyə çalışarkən heç birimiz unutmalı deyilik ki, ölkənin gündəliyi keyfiyyət dəyişikliyinə uğrayıb və tələblər dəyişib. İndi stabilliyi təmin etmək və hər hansı silahlı müxalifətin yaranmasına yol verməmək başlıca vəzifə sayılmır. İndi şəffaf idarəçilk, sosial ünvanlılıq və resursların düzgün yönləndirilməsi, regional və beynəlxalq çağırışlara hazırlılıq, təşəbbüskar transmilli layihələri və onların təhlükəsizliyinə cavabdehlik ən əhəmiyyətli hədəflər sırasındadır. Sinqapur və Malayziya ötən əsrin 70-ci illərində adam başına düşən gəlirə görə 100-cü yerləri bölüşürdü. İndi Asiyanın pələnglərinə çevriliblər. Dünyada aparıcı modellər çoxdur.

Hesabat nəinki konkret bir qurumun, eləcə də hər kəsin millət qarşısında fəaliyyətinin qiymətləndirilməsidir. Dövlət başçısının aktiv fazada çalışmaları fonunda hər bir məmurdan da istənilən budur.

115 mart parlament müzakirələrində milli düşüncənin tribunalara daşınması mövqeyindən kütləvi həyatımızı əhatə edən məsələləri və onların həlli yollarını dilə gətirməyə cəhd etdik. Təkcə konkret bir siyasi əqidəni daşıyanlara deyil, obyektiv mühakimə sahiblərinə polemika təklifidir.

Əmlak və digər tikintilərin qanuniləşməsi, DNF resurslarının idarə edilməsinin təqdir olunması ilə yanaşı, onun insanların kredit ehtiyaclarına yönləndirilməsi, hökumətin "asan xidmət"ə keçməsi, ya da "Asan xidmət" qurumunun hökümət səlahiyyətlərinə sahibliyi, Ana kapitalı və başqa tezislər üzərində qurulan mesajların əsas hədəfi bizim rəqiblərimizin siyasi hərəkatlar və xarici casus kapitalları, inqilabi ssenarilər və milyardlıq planlar deyil real həyati məsələlər olduğunu dilə gətirməkdir.

Problemlər əsas rəqibimizdir və biz onlara qalib gəlməliyik!

Bütün xəbərlər Facebook səhifəmizdə