Masallıda aztəminatlı ailələrə bayramı sovqat paylanıb

Masallıda aztəminatlı ailələrə bayramı sovqat paylanıb

Masallı Rayon İcra Hakimiyyəti tərəfindən novruz bayramı münasibətilə Şəhid ailələri, Qarabağ müharibəsi əlilləri, qaçqın və məcburi köçkün, o cümlədən digər aztəminatlı ailələrə bayram sovqatı verilib. SİA-nın Cənub bürosunun verdiyi məlumata görə, Rayon İcra Hakimiyyətinin nümayəndələri mindən artıq Şəhid ailəsi, Qarabağ müharibəsi əlili, qaçqın və məcburi köçkün, o cümlədən digər aztəminatlı ailənin evlərində olmuş, onların problemləri ilə maraqlanıblar.

Göstərilən diqqət və qayğıya görə Şəhid ailələri, Qarabağ müharibəsi əlilləri və digər aztəminatlı ailələr ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

Sərraf Mirsəfəroğlu

Bütün xəbərlər Facebook səhifəmizdə