Gənclərin Maarifləndirilməsinə Kömək İctimai Birliyi (GMKİB) silsilə şəklində keçirdiyi "İnsan taleyinə biganə qalmayaq" adlı layihəsinin növbəti tədbirini keçirib. SİA-nın məlumatına görə, "Park Bulvar" ticarət mərkəzində keçirilən kitab sərgisi Elşad adlı 12 yaşlı böyrək xəstəsi məktəblinin əməliyyatı üçün təşkil olunub. Xeyriyyə aksiyası üçün kitablar tələbələrdən, "Qanun" Nəşirlər evindən, Yazıçılar Birliyi və yazıçılardan toplanıb.
Aksiyada millət vəkili Aydın Mirzəzadə, "İnsan hüquqları XXI- əsr Azərbaycan" Fondunun prezidenti Şahin Camalov, yazıçı Dilqəm Əhməd və bir çox tanınmış simalar iştirak edib.
Aksiyada iştirak edən millət vəkili Aydın Mirzəzadə aksiyanın təşkilini yüksək qiymətləndirdiyini və davamlı olmasını arzuladığını bildirib.
Aksiya təşkilatçıları Gənclərin Maarifləndirilməsinə Kömək İctimai Birliyinin idarə heyətinin üzvü Mehriban Kərimli və baş katibi Nisa Rahimova aksiyada iştirak edən və dəstək olan hər kəsə təşəkkürlərini bildirərək bu kimi tədbirlərin davamlı olacağını qeyd etdi.
Məlumat üçün bildirək ki, aksiyanın əsas məqsədi:
- Kiçik də olsa insanlığa və insan ömrünə biganə olmadığımızı göstərmək, əlimizdə olanlardan yararlanaraq başqalarına kömək etməyi öyrənmək.
- Az yaşlı balamızı ölümün pəncəsindən əl birliyi ilə xilas etmək. Unutmayaq ki, hər birimiz bu duruma düşə bilərik və hər zaman etrafımızdakıların köməyinə ehtiyacımız ola bilər. Ona görə hər kəs özünü və cəmiyyətini düşünərək bacardığı qədər yardım göstərsin.
- Kitab sevərlər arasında kitab mübadiləsini süətləndirmək. (Birimizdə olan kitab ola bilsin ki digərimizdə olmasın. Toplanan kitablar satışa buraxılanda bunu hər birimiz rahatlıqla əldə edib oxuya biləcəyik.)
Sonda isə təşkilatçılar növbəti aksiya ilə bağlı məlumat almaq istəyən və kitab bağışlamaq istəyənlərin təşkilatın "Facebook" dakı rəsmi səhifəsindən məlumat ala biləcəklərini bildirdilər.
.jpg)
.jpg)
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB