19 mart hadisəsindən 19 il ötür

19 mart hadisəsindən 19 il ötür

Bu gün Bakı Metropaliteninin "20 Yanvar" stansiyasında törədilən terror aktından 19 il ötür. 1994-cü il 19 mart saat 13.00-da "20 Yanvar" stansiyasında qatar dayandığı zaman, birinci vaqonda saat mexanizmi ilə təchiz edilmiş əldədüzəlmə partlayıcı qurğu işə düşüb. Partlayış nəticəsində 14 nəfər həlak olmuş 49 nəfər yaralanmışdı. Həlak olanların arasında Azərbaycan respublikasının xalq Artisti Rafiq Babayev də var idi.

İstintaq nəticəsində, "Sadval" separatçı təşkilatının üzvləri həbs olunur və aparılmış istintaq hərəkətləri zamanı məlum olur ki, terrorçular Ermənistan respublikasının xüsusi xidmət orqanları ilə sıx əlaqədə olaraq, Ermənistanda olmub və orada onlara xüsusi təlim keçilib.

Terror aktının icrasında və təşkilində iştiraka görə, Azərbaycan respublikasının hüquq mühafizə orqanları tərəfindən 11 nəfər həbs olunub, onlardan ikisinin barəsində məhkəmə güllələnmə hökmü çıxarıb, digərləri isə müxtəlif müddətli həbs cəzasına məhkum olunublar.

Bütün xəbərlər Facebook səhifəmizdə