Lənkəranda Novruz şənliyi

Martın 18-də Lənkəranın dəmiryolu vağzalı ərazisində Novruz bayramına həsr olunmuş şənlik keçirilib. SİA-nın Cənub bürosunun məlumatına görə, Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov, İcra Aparatının rəsmiləri, hüquq-mühafizə orqanlarının rəhbərləri və rayon sakinləri şənlikdə iştirak edirblər.

Dədə Qorqud qədim saz havasının müşayiəti ilə Novruz şənliyinə toplaşanlara xeyir-dua arzulayıb.

Lənkəran ŞİH-nin başçısı Taleh Qaraşov şənlik iştirakçılarını Novruz bayramı münasibətilə təbrik edib. İcra başçısı bildirib ki, bu il xalqımız Novruz bayramını bütün sahələrdə qazanılan böyük uğurlarla qarşılayır. Bunu ölkəmizin hər yerində olduğu kimi, hаzırdа Nоvruz sеvincləriylə yаşаyаn, füsunkаr təbiəti bаhаrın аl-əlvаn nахışlаrı ilə bəzənən Lənkərаndа dа görmək mümkündür. İndi rаyоndа yеni аb-hаvа duyulur, хоş əhvаl-ruhiyyə hökm sürür. Lənkərаn şəhərində, kənd və qəsəbələrdə gеniş аbаdlıq və quruculuq işləri aparılır. Cənab Prezident İlham Əliyevin diqqət və qayğısı ilə Lənkəranın siması sürətlə dəyişir.

Taleh Qaraşov təbrik nitqində həmçinin cənab Prezidentin şəhərimizə ötən ilki səfərinin lənkəranlıların xatirəsində unudulmaz hadisəyə çevrildiyini xüsusi vurğuladı, rayonda abadlıq, quruculuq işlərinin daha geniş vüsət almasından, yeni infrastruktur layihələrin icrasına başlanmasından ətraflı bəhs edib, 2013-cü ilin də xalqımız üçün parlaq nailiyyətlərlə zəngin olacağını əminliklə söyləyib.

İcra başçısı çıxışının sonunda 2013-cü ilin baharının bütün ailələrə xoşbəxtlik və səadət gətirməsini arzulayaraq bildirdi ki, qoy baharın xoş qədəmləri xalqımıza düşərli olsun, hər bir evə, hər bir ailəyə xeyir-bərəkət, əmin-amanlıq, nəsib etsin.

Sonra bayram tonqalı yandırılıb.

Qara zurnanın müşayiəti ilə Bahar qız, Kosa və Keçəl faytonda meydana daxil olublar.

Şənlik iştirakçıları Lənkəran Tarix-Diyarşünaslıq muzeyinin qədim eksponatları, tətbiqi sənət nümunələri sərgisi, Uşaq rəssamlıq məktəbinin müəllim və şagirdlərinin rəsm sərgisi, eləcə də milli-mədəni irsimizlə tanış olublar.

Rayonumuzun incəsənət ustaları, bədii özfəaliyyət kollektivləri xalqımızın adət-ənənələrini nümayiş etdiriblər.

"Cəngi" sədası altında idmançılar ağırlıqqaldırma bölməsində, kəndir dartma oyunlarında güclərini sınayıblar. Pəhləvan Əlinin nümayiş etdirdiyi maraqlı nömrələr tamaşaçıların rəğbətinə səbəb olub. "Nənələr" folklor ansamblının, populyar müğənnilərimizin ifasında el nəğmələri, Bahara və Novruza həsr olunmuş mahnılar səslənib.

Kütləvi rəqslə sona çatan Novruz şənliyi tədbir iştirakçılarına əsl bayram əhval-ruhiyyəsi bəxş edib.

Sərraf Mirsəfəroğlu

Bütün xəbərlər Facebook səhifəmizdə