Səfir Azərbaycan xalqını təbrik etdi

Səfir Azərbaycan xalqını təbrik etdi

Türkiyə Respublikasının Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfiri Alper Coşkun Azərbaycan xalqını Novruz Bayramı münasibətilə təbrik edib. Səfirlikdən SİA-ya verilən məlumata görə, təbrikdə deyilir: "Novruz bayramı münasibəti ilə qardaş Azərbaycan xalqını ən səmimi arzularımla təbrik edirəm. Novruzu bu il Azərbaycanda qeyd etməkdən böyük məmnunluq hissi duyuram. Baharın gəlişinin və təbiətin canlanmasının xəbərçisi olan Novruzun Azərbaycanlı bacı və qardaşlarıma, eləcə də Türk dünyasına barış, firavanlıq, xoşbəxtlik, bərəkət gətirməsini diləyir, bu gözəl bayram münasibəti ilə hamıya can sağlığı və müvəffəqiyyətlər arzu edirəm".

Bütün xəbərlər Facebook səhifəmizdə