Bu gün Gənclər üçün Təhsil Mərkəzi tərəfindən Azərbaycanda fəaliyyət göstərən bir sıra diplomatik korpusa bayram xonçası göndərilib. Mərkəzdən SİA-ya verilən məlumata görə, həyata keçirilən təşəbbüsün əsas məqsədi qədim tarixə malik olan və bu gün də xalqımız tərəfindən sevinclə qarşılanan Novruz bayramı haqqında xarici ölkə vətəndaşlarının məlumatlandırılmasıdır.
Mərkəzin informasiya bölməsində bildirilib ki, Azərbaycanda ilk dəfə həyata keçirilən bu təşəbbüs çərçivəsində 30-a yaxın səfirlik və beynəlxalq təşkilat ofisinə bayram xonçaları təqdim edilib. Bildirilib ki, xaricdəki Mərkəz üzvlərinin də təhsil aldıqları universitetlərdə bayram xonçaları hazırlaması üçün zəruri məhsullar bir neçə gün bundan öncə həmin ölkələrə göndərilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB