Heydər Əliyev Mərkəzi Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi ilə əlaqədar istedadlı gənclər arasında "Azərbaycanımla fəxr edirəm" adlı yazı müsabiqəsi elan edir. Mərkəzdən SİA-ya daxil olan məlumata görə, müsabiqəyə təqdim olunan məqalələr Azərbaycanın müxtəlif sahələrdəki nailiyyətləri, ölkənin inkişafında gənclərin rolu, bu istiqamətdə gənclərin verə biləcəyi töhfələrlə bağlı olmalıdır. Azərbaycan gənci bütün bu sahələrdə fikir və təkliflərini "Azərbaycanımla fəxr edirəm" adlı məqalədə bölüşə və qalib ola bilər. Müsabiqəyə bu vaxtədək dərc olunmamış yazılar qəbul olunur. Müsabiqəyə göndərilən məqalələr araşdırma xarakterli olmalıdır. Məqalələr 12 ölçülü Times New Roman şriftində, 5-6 min çap işarəsindən az olmamaqla təqdim edilməlidir.
Məqalənin sonunda yazının bu müsabiqəyə təqdim edildiyi göstərilməli, müəllifin adı, soyadı, elektron poçt ünvanı, əlaqə telefonları qeyd olunmalı, müəllifin şəxsiyyətini təsdiq edən sənədin surəti əlavə edilməlidir.
Elektron poçt vasitəsilə göndərilən məqaləyə şəxsiyyəti təsdiq edən sənədin foto-surətinin elektron versiyası əlavə olunmalıdır.
Müsabiqəyə məqalələr 27 mart 2013-cü il tarixindən 27 aprel 2013-cü il tarixinədək Heydər Əliyev Mərkəzinə (ünvan: Bakı şəhəri, Heydər Əliyev prospekti) və ya Mərkəzin[email protected], yaxud [email protected] elekton poçt ünvanlarına göndərilməlidir.
Qaliblərə aşağıdakı mükafatlar təqdim olunacaq:
1-ci yerin qalibi üçün - 1 ədəd noutbuk və 1 illik internet paketi
2-ci yerin qalibi üçün - 1 ədəd masaüstü kompüter və 1 illik internet paketi
3-cü yerin qalibi üçün - 1 ədəd planşet kompüter və 1 illik internet paketi
Müsabiqədə fərqlənən daha 20 nəfərə həvəsləndirici mükafat – mini planşet kompüterlər təqdim olunacaq. Müsabiqə ilə bağlı suallar Heydər Əliyev Mərkəzinin (+994 12) 505 60 01 əlaqə telefonunda cavablandırılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB