26-27 mart 2013-cü il tarixlərində Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) şöbə müdiri Vüsal Qasımlı və eksperti Kamal Qasımov İslam Konfransı Təşkilatının beyin mərkəzlərinin 4-cü forumunda iştirak və çıxış etmək məqsədilə Qahirə (Misir) şəhərinə səfər edəcəklər. SAM-dan SİA-ya verilən məlumata görə, Misir Ərəb Respublikasının Baş nazirinin himayəsi altında keçirilən forum "İslam Konfransı Təşkilatı öləkələrinin iqtisadi inteqrasiyası: Perspektivlər və çağırışlar" mövzusuna həsr olunub.
Tədbirdə Vüsal Qasımlı "Resursla zəngin müsəlman ölkələri: İqtisadi yüksəliş", Kamal Qasımov isə "Azərbaycanda islam bankçılığı: tarix və perspektivlər" mövzusunda məruzə ilə çıxış edəcəklər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB