Həftənin ilk iş günü paytaxt Bakıda temperatur enəcək, hava nisbətən yağmurlu olacaq. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən SİA-ya verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında martın 18-də hava dəyişkən buludlu olacaq, gecə və axşam yağış yağacaq. Bakıda gecə 6-8° isti, gündüz 12-14° isti olacaq. Nisbi rütubət gecə 80-90 faiz təşkil edəcək.
Ölkənin rayonlarında hava arabir yağıntılı olacaq, dağlıq ərazilərdə sulu qar yağacaq. Havanın temperaturu gecə 3-7°, gündüz 7-12° isti olacağı gözlənilir. Dağlarda gecə 2° şaxtadan 3°-dək isti olacağı gözlənilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB