Novruz bayramı münasibətilə Zaqatala rayonunda aztəminatlı ailələrə ərzaq bağlamasından ibarət bayram sovqatı paylanılır. SİA xəbər verir ki, bayram ərəfəsində rayonun icra strukturlarının məsul nümayəndələri yerlərdə əhalinin aztəminatlı təbəqələri, o cümlədən şəhid ailə üzvləri, müharibə əlilləri, ahıl, tənha və kimsəsiz vətəndaşlarla, məcburi köçkün ailələri ilə görüşür, onların problemləri ilə maraqlanır, gətirdikləri bayram sovqatı ilə belə ailələri sevindirirlər.
Həmçinin Novruz bayramı ərəfəsində rayonda 600-dən artıq aztəminatlı ailəyə bayram sovqatı çatdırılacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB