Dövlət başçısı Novruzun gəlişi münasibəilə soydaşlarımıza xoş arzularını çatdırıb
Prezident İlham Əliyev "Twitter" sosial şəbəkəsindəki rəsmi mikrobloqunda Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib. Dövlət başçısı bahar bayramı kimi dəyərləndirilən Novruzun gəlişi münasibəilə soydaşlarımıza xoş arzularını çatdırıb: "Sizi Novruz bayramı münasibətilə ürəkdən təbrik edir, hər birinizə cansağlığı, səadət və gələcək işlərinizdə yeni-yeni uğurlar arzulayıram. Azərbaycançılıq məfkurəsi ətrafında milli həmrəylik duyğusu ilə sıx birləşən və ölkəmizin hüdudlarından kənarda bayramı bizimlə birgə qarşılayan soydaşlarımıza salamlarımı yetirirəm. Qoy, bu bayram hər ailəyə bol ruzi-bərəkət və xoş ovqat gətirsin!".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB