Van-İrəvan-Van aviareysinin açılması nəyə xidmət edir?

Zahid Oruc: “Türkiyənin bu addımı Azərbaycanın maraqlarına ziddir”
Van-İrəvan-Van aviareysinin açılması nəyə xidmət edir?

İrəvandan Vana aviareyslər açılır. Türkiyənin özəl şirkətlərinin həyata keçirəcəyi bu aviauçuşların ticarət xarakteri daşiyacağı iddia edilir. Türkiyənin Azərbaycandakı səfiri Alper Coşqun bildirib ki, Van-İrəvan-Van istiqamətində aviareyslərin açılması Dağlıq Qarabağ münaqişəsinə və Ermənistana dair rəsmi Türkiyənin mövqeyinə təsir göstərməyəcək.

Millət vəkili Fazil Mustafa da narahatlığa əsas görmədiyini söyləyib. O, Türkiyə tərəfinin Ermənistanla bağlı siyasətini düzgün qiymətləndirib və atılan addımın sırf biznes və mədəni xarakter daşıdığını bildirib.

Millət vəkili Zahid Oruc isə Türkiyənin bu addımının yanlış olduğunu vurğulayıb. Onun sözlərinə görə, bu, Azərbaycanın maraqlarına ziddir.ans

Bütün xəbərlər Facebook səhifəmizdə