Astarada bayram şənliyi keçirilib

Astarada bayram şənliyi keçirilib

Martın 16-da Astarada Novruz bayramı şənliyi geniş şəkildə qeyd olunub. SİA-nın Cənub bürosunun verdiyi məlumata görə, Novruz Bayaramı ilə bağlı həm də "Bayram Yarmarkası" keçirilib. Satışa əhalinin təlabatına uyğun müxtəlif növ məhsullar çıxarılıb.

Rayon İcra hakimiyyətinin başçısı Qəzənfər Ağayev və rayonun rəhbər işçiləri satış-yarmarkaya gələrək satılan məhsulların keyfiyyəti və qiyməti ilə maraqlanıblar. Axşam saatlarınadək davam edəcək bayram yarmarkasına respublikaının ayrı-ayrı rayonlarından olan 20 dən çox şirkət qatılıb. Şəhərin Nizami küçəsində təşkil olunan yarmarkada satışa 150 ton müxtəlif adda kənd təsərüfatı və yeyinti məhsulları çıxarılıb. Yüzlərlə rayon sakini bayram bazarlığını yarmarkadan edib. Qiymətlərin bazar qiymətindən aşağı olması sakinlərində ürəyincə olub.

Sonra bayram şənliyi keçirilib. Rayon Mərkəzi mədəniyyət evinin "Sevinc" xalq çalğı alətləri ansamblı, müğənnilər, Kakalos kənd mədəniyyət evinin "Əvəsor" folklor kollektivi şən mahnılar və rəqslər ifa edibilər. Novruz tonqalı yandırılıb.

Xalqımızın qədim adət-ənənələrini, sənətkarlıq nümunələrini nümayiş etdirən sərgi və idmançıların çıxışları da bayram iştirakçılarında böyük maraq doğurub.

Sərraf Mirsəfəroğlu

Bütün xəbərlər Facebook səhifəmizdə