"Proqramçı olmaq üçün ilk addım" FOTO

Azərbaycan Dövlət Neft Akademiyasının (ADNA) Tələbə Gənclər Təşkilatı "Təlim-Seminarlar" ayına start verib. SİA-nın məlumatına görə, ADNA-nın Tələbə Gənclər Təşkilatının sədri Həbibə Sadıxlı təlim haqqında məlumat verərək bildirib kİ, hər həftə sonu müxtəlif təşkilat və qurumlarla əməkdaşlıq edərək müxtəlif istiqamətli ödənişsiz təlimlər təşkil ediləcək: "Təlimlər bütün ali məktəb tələbələri üçündür və ödənişsiz olaraq təşkil edilir".

Bu gün isə ADNA TGT və Master İTM kurslarının birgə təşkilatçılığı ilə "Proqramçı olmaq üçün ilk addım" adlı təlim-seminar keçirilib. Təlimi təcrübəli mütəxəssis Abdulkadir Selçukoğlu aparıb. Təlim Yeni Azərbaycan Partiyasının Gənclər Birliyinin ofisində keçirilib.

Qeyd edək ki, seminarda ADNA-nın 30-a yaxın tələbəsi iştirak edib.

Bütün xəbərlər Facebook səhifəmizdə