Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyi Kənd Təsərrüfatı Nazirliyində gənclərlə görüş keçirib. SİA-nın məlumatına görə, tədbiri giriş sözü ilə açan Kənd Təsərrüfatı Nazirinin müavini Aslan Aslanov göruşün əhəmiyyətindən söz açıb. O, ölkəmizin keçdiyi inkişaf yolundan və inkişaf etmiş Azərbaycanın bugünkü gənclərinin məqsəd və vəzifələrindən danışıb.
Nazir müavini qeyd edib ki, Azərbaycanda gənclərlə bağlı əsaslı lahiyələr həyata keçirilir: "Bu layihələrin həyata keçirilməsində məqsəd gənclərin intellektual səviyyəsini yüksəltmək və milli düşüncəli əsl Azərbaycanlı gənci yetişdirməkdir. Sizlərə bu istiqamətdə geniş imkanlar yaradılır, sizlər bu məqamdan məqsədyönlü şəkildə istifadə etməli, Azərbaycanımızın möhkəmlənməsinə öz töhfənizi verməlisiniz".
Tədbirdə çıxış edən Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin Sədri Seymur Orucov gəncləri salamlayaraq görüşlə bağlı xoş təəssüratlarını ifadə edib. O, qeyd edib ki, Azərbaycanda bütün sahələr kimi Kənd Təsərrüfatı sahəsi də dünyanın müasir tələblərinə cavab verən texnologiyalarla təmin olunub və bu sahə hər zaman diqqət mərkəzindədir: "Tarixən Kənd Təsərrüfatı dövlətin aparıcı sahəsi olub. Texnologiyanın inkişafı insanların ünsiyyət formasını dəyişib. Sözün əsl mənasında bu inkişafdan istifadə etmək lazımdır. Bu baxımdan gənclər sosial şəbəkələrdə fəal olmaqla, dövlətçiliyimizi müdafiə etməlidir".
Yeni Azərbaycan Partiyası Yasamal Rayon Gənclər Birliyinin Sədri Bəxtiyar Nəbiyev isə öz növbəsində qeyd edib ki, Kommunikasiya Texnologiyalarının inkişafından müsbət mənada faydalanmaq lazımdır. Bu gün dövlət siyasətinin əsas istiqaməti gənclərin müasir texnologiyanın imkanlarından faydalanmaq və milli dəyərləri qoruyaraq gələcək nəslə çatdırmaqdır.
Yasamal Rayon İdarə Heyətinin üzvü Daşqın Qənbərov ölkəmizin son illərdə qazandığı uğurlardan söz açıb.
Daha sonra gənclər öz çıxışlarında Cənab Prezident İlham Əliyevin onlara göstərdiyi diqqəti xüsusi vurğulayıb, yaradılmış imkanlara görə ölkə başçısına minnətdarlıqlarını ifadə ediblər.
Tədbirin sonunda gənclər maraqlı təkliflərlə çıxış edib.

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB