"Gürcüstanın ən çətin vaxtlarında Azərbaycan bizim yanımızda olub. Gürcüstan höküməti və bütövlükdə gürcü xalqı bunu heç vaxt unutmayacaq". Bu barədə Gürcüstanın müdafiə naziri İrakli Alasaniya "atvxəbər"-ə eksklüziv müsahibəsində deyib. Yaxın zamanda Azərbaycanda rəsmi səfərdə olacaqını bildirən nazir, səfərin məqsədini açıqlayıb: "Azərbaycanın hərbi sahədə malik olduğu potensialı bizim üçün böyük maraq kəsb edir.
Səfər zamanı mən Azərbaycanın müdafiə naziri ilə görüçəcəm. Bizim beynəlxalq hərbi əməliyyatlarda qarşılıqlı maraqlarımız var, bu həmçinin Əfqanıstandakı sülhməramlı qüvvələrə aiddir. NATO-nun Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələri əməliyyatında ölkələrimiz üçün bu qurumla yeni formatda əməkdaşlıq etmək imkanı yaradır. Bundan əlavə Azərbaycan Gürcüstanın strateji tərəfdaşdır və biz bu tərəfdaşlıqı daha da genişləndirmək fikrindəyik".
Səfər zamanı İrakli Alasaniya Gürcüstanın Hərbi Akademiyasının tələbələrinin Azərbaycanda təlim keçmək imkanlarını da müzakirə edəcəyini deyib. Dağlıq Qarabağ münaqişəsinə də toxunan Nazir, bu məsələdə ancaq sülhün tərəfində olduğunu bildirib: "Gürcüstan höküməti regionda mövcud münaqişələrin sülh yolu ilə həllinin tərəfdarıdır.
Biz hərb yoluna əl atdıq, ancaq bu heç bir nəticə vermədi. Ona görə Gürcüstan Azərbaycan-Ermənistan Dağlıq qarabağ münaqişəsinin ancaq danışıqlar yolu ilə həll olunmasını istəyir". Qeyd edək ki, Gürcüstanın müdafiə naziri İrakli Alasaniya Azərbaycana martın 17 də səfər edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB