Ötən günlərdə Lənkəran-Astara bölgəsi çaylarında sululuğun azalması qeydə alınıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən SİA-ya verilən məlumata görə, belə ki, son 3 gün ərzində ərazidən axan Lənkərançay-Lənkəranda suyun səviyyəsində 36 sm, Lənkərançay-Sifidorda 31 sm, Vəşərüçay-Daştatükdə 15 sm, Viləşçay-Şıxlarda 20 sm azalma müşahidə olunub. Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 100-180, Kiçik Qafqazın çaylarında 70-360, Lənkəran-Astara bölgəsi çaylarında 100-340, Naxçıvan MR çaylarında isə 30 faizini təşkil edir.
Gürcüstan ərazisində Kür çayında suyun səviyyəsinin artması ilə əlaqədar respublika ərazisində Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində artım müşahidə olunub. Belə ki, martın 15-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 90 sm artım qeydə alınıb. Hazırda məntəqədə su sərfi 456 m3/s olmaqla, ongünlük normanın 171 faizini təşkil edir. 2012-ci ildə isə bu rəqəm 3 dəfə az olmaqla 137 m3/s və ongünlük normanın 51 faizini təşkil edib.
Martın 15-də Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb. Hazırda məntəqədə su sərfi 71 m3/s olmaqla, ongünlük normanın 76 faizini təşkil edir. 2012-ci ildə bu göstərici bu il ilə müqayisədə bir qədər çox olmaqla 83 m3/s təşkil etmiş və ongünlük normanın 88 faizinə bərabər olub.
Son 4 gün ərzində Kür çayının aşağı axınında suyun səviyyəsində azalma müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində suyun səviyyəsində 45 sm, Şirvanda 72 sm, Bankədə 22 sm, Araz çayının Novruzlu məntəqəsində 33 sm azalma qeydə alınıb, Salyanda isə suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb.
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 347 sm (2012-ci il martın 15-də 686 sm), Şirvanda 215 sm (2012-ci il martın 15-də 577 sm ), Salyanda 260 sm (2012-ci il martın 15-də 503 sm ), Bankədə 214 sm (2012-ci il martın 15-də 353 sm), Araz çayının Novruzlu məntəqəsində isə 153 sm (2012-ci il martın 15-də 409 sm) təşkil edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB